Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskvada dəhşətli atışma: ölənlərin sayı 130-a çatdı - Video

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində atışma baş verib.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb.

Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb.

***

Rusiya mətbuatının məlumatına görə, kamufulyaj geyinmiş 3 naməlum şəxs ətrafdakılara atəş açıb.

Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb.

Bildirilib ki, yanğınsöndürənlər binadakı yanğına və orada qalan insanların xilas edilməsinə başlaya bilmir, xüsusi təyinatlıları gözləyir.

***

Moskvada “Krokus Siti Holl” kompleksində baş vermiş atışma nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Bu barədə FSB məlumat yayıb.

***

Rusiyanın 112 Teleqram kanalının məlumatına görə, ölənlərin sayı 130-a çatıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də