Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.
“RegionTV” TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.
“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.
“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.
Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.
***
“112” teleqram kanalının məlumatına görə, hücum zamanı 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb.
***
Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı nəticəsində 40 nəfərin həlak olmasını təsdiq edib.
Bildirilir ki, hazırda 100-dən çox şəxsin yaralandığı məlumdur.