Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəkidə xeyriyyə tədbiri keçirilib – FOTOLAR

Şəkidə xeyriyyə tədbirlərinin təşkili ənənə halını alıb. İl ərzində bir neçə dəfə keçirilən xeyriyyə tədbirləri bir qayda olaraq ilk növbədə şəhid ailələrini və aztəminatlı ailələri əhatə edir.

Modern.az xəbər verir ki, Novruz Bayramı ərəfəsində də Şəki rayonunda növbəti geniş miqyaslı xeyriyyəçilik tədbiri həyata keçirilib.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin təşəbbüsü ilə keçirilən xeyriyyə tədbiri çərçivəsində deputatın köməkçiləri Şəki rayonunda yaşayan 309 şəhid ailəsinə və 36 aztəminatlı ailəyə baş çəkib, onlara maddi və ərzaq yardımı göstərilib. Şəhid ailələri ilə görüşlərdə bir sıra müraciətlər və xahişlər də qeydə alınıb və hazırda həmin müraciətlər baxılmaq üçün araşdırılır.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də