Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA

Bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA


Martın 19-u saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində yağışlı və qarlı hava şəraiti davam edir.

 Bu barədə  Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Gədəbəy, Xaltan, Qrız, Şahdağda qar yağır.

 Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR və Aran rayonlarında 11, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də