Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ermənilər dəyişmir, ehtiyyatlı olmalıyıq" - Düşmən növbəti təxribata hazırlaşır?

"İstər ermənilərin, istər erməni mediasının, istər erməni hərbi-siyasi rəhbərliyinin daim təxribat xaraketrli məlumatlar yayması, təxribat yönlü addımlar atması təbii bir haldır. Ona görə ki, ermənilər dəyişmir, ermənilər necə var elə də qalır".
RegionTV.info  xəbər verir ki,   Bunu çıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.


Polkovnik bildirib ki, ermənilər fürsət düşdükcə təxribat törətməyə çalışacaqlar:
"Ermənistan 44 günlük müharibənin məğlub tərəfidir. Kapitulyasiya aktına da məcbur qalıb qol çəkiblər. Ancaq bütün bunlara rəğmən onlar çirkin niyyətlərindən əl çəkmirlər. Atəşkəsdən sonra Azərbaycan əsgərinə, işğaldan azad edilən ərazilərdə işləyən mülki şəxslərə qarşı təşkil edilən hücumlar da bunu göstərir. Qeydiyyatda olmayan qanunsuz şəkildə əli silahlı insanların Qarabağda sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərdə olması da buna növbəti sübutdur. 
Düzdür, Azərbaycan qələbə çalıb. Ancaq bu qələbə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qovulması ilə nəticələnib. Və qələbə bundan ibarətdir. Amma ermənilərin baş verən və ola biləcək təxribat niyyətlərinin üstündə hələlik qələbə yoxdur. Daim ehtiyyatlı, ayıq-sayıq olmalıyıq ki, ermənilərin hər hansı edə biləcəyi təxribatının qarşısını ala bilək. Onların nə qədər ki, imkanı var təxribat ediblər, edirlər və edəcəklər də. Ancaq hamısı həmin zamana və şəraitə uyğun olaraq.
Bu, erməni hərbi-siyasi rəhbərliyinin tapşırığıdır
Onların əsir saydığı bizdə olan erməni silahlı heyəti ki var, onlar hamısı quldurluqla, terrorçuluqla məşğul olan ermənilərdir. Həmin şəxslərin hərbi əsirliklə heç bir əlaqəsi yoxdur. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli kapitulyasiya aktının 8-ci bəndində "Saxlanılan şəxslərin dəyişilməsi" qeyd olunub. Yəni, burada söhbət sənədlərin imzalandığı tarixə - 10 noyabra kimi saxlanılan şəxslərdən söhbət gedir. Ondan sonra artıq hər hansı saxlanılan şəxs terrorçuluqla, quldurluqla məşğul olan, millətindən asılı olmayaraq digər cinayətləri törədən şəxslər Azərbaycan cinayət məcəlləsinə uyğun olaraq cavab verir.

Bu 60 nəfərdən də yuxarı şəxslər artıq cinayətkarlardır və onlar Azərbaycan cinayət məcəlləsinə uyğun olaraq qanun qarşısında cavab verməli olacaqlar. Əlbəttə, ermənilər onları "hərbi əsir" adlandırırlar. Amma aydındır ki, onların burada saxlanılıb, müəyyən terrorçuluqla məşğul olması məhz erməni hərbi-siyasi rəhbərliyi tərəfindən müəyyən bir şəkildə atılmış bir addımdır. Ona görə indi erməni rəhbərliyi hansı yolla olur olsun onları "hərbi əsir" kimi qələmə verərək bütün beynəlxalq qurumlar qarşısında tələb irəli sürürlər. Azərbaycanın müvafiq hüquq orqanları istər beynəlxalq qurumlara, istər ermənilərin özlərinə onların terrorçuluq fəaliyyətlərinə görə məsuliyyət daşıyacaqları haqqında məlumat verirlər. 
Buna görə cavab verəcəklər
Moskadakı görüşdə də Paşinyan məhz daxili auditoriyaya yönəlmiş istiqamətdə çıxışlar edirdi. Amma haqq var, Azərbaycan onları təxribat törətməyə çağırmamışdı. Atəşkəsdən sonra hansısa qanunsuz silahlı şəxslər tərəfindən törədilən hər bir cinayət 10 noyabr sənədindən sonra artıq terrorçuluq fəaliyyəti kimi qəbul edilir. Buna görə də cavab verəcəklər. Deyərdim ki, bu son təxribat olmayacaq. Nə birinci təxribatdır, nə də son təxribatdır. Ona görə də Azərbaycan dövləti, müvafiq qurumlar öz profisionallığını, ayıq-sayıqlığını saxlayaraq məhz belə təxribatların qarşısını alırlar və onları həm tərksialh edirlər, həm məhv edirlər, həm də ki, cinayət məsuliyyətinə cəlb edirlər".
Milli.Az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də