Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir - FOTO

Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir - FOTO


Uşaq İnkişaf Mərkəzi və Lənkəran “Xəzər Palace” otel kompleksinin təşkilatçılığı ilə 21 mart - Beynəlxalq Daun Sindromu Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə müxtəlif yaş qruplarını əhatə edən Daun sindromlu uşaqlar, onların valideynləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak edib.

 

Bildirilib ki, Daun sindromlu insanlara diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromu Günü” elan edib. Dünyada hər 700-1000 uşaqdan biri Daun sindromu ilə doğulur və bunun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə 47 xromosomun olmasıdır. Heç bir valideyn dünyaya Daun sindromlu uşaq gətirməkdən sığortalanmayıb və bu, əslində xəstəlik deyil, genetik fərqlilikdir. Azərbaycanda da 21 mart - Beynəlxalq Daun Sindromu Gününün qeyd edilməsi artıq ənənə halını alıb. Ölkəmizdə Daun sindromlu şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.


Tədbirdə çıxış edən valideynlər Daun sindromlu uşaqlara yaradılan şərait və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Tədbir uşaqlar üçün təşkil edilən konsert proqramı ilə davam etdirilib, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Qonaqlar həmçinin Daun sindromlu uşaqların musiqili çıxışlarına, rəqslərinə tamaşa ediblər. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


Lənkəran “Xəzər Palace” otel kompleksi Daun sindromlu uşaqlar üçün iki gün əyləncəli istirahət


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də