Türkiyə mətbuatında bəzi türk klublarının “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə iddialar yayılıb.
İddia olunur ki, Türkiyənin böyük və köklü komandalarından olan “Beşiktaş” Futbol Klubu Ağdam komandasının Baş məşqçisi Qurban Qurbanovla müqavilə imzalamaq istəyir. Hətta nəşrlərin birində deyilir ki, Qurbanov “Beşiktaş” klubunun baş məşqçi postuna əsas namizəddir.
Məlumata görə, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir. Qeyd edək ki, Fernandu Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasındakı performasından sonra Türkiyə mətbuatında Qurbanov barədə geniş məqalələr dərc olunub. Görünür, Qurban Qurbanovun performansı Türkiyə klublarının diqqətini cəlb edib.
Məsələ ilə bağlı danışan Türkiyənin tanınmış idman yazarlarından olan Necati Şatana “Beşiktaş” Futbol Komandasının baş məşqçisi vəzifəsinə Qurban Qurbanovun adının çəkildiyini, lakin dəqiq nəsə deməyin mümkün olmadığını söyləyib:
"Qarabağ" klubu Türkiyədə də simpatiya bəslənilən futbol komandalarındandır. Şəxsən mənə soruşsanız, Azərbaycanı çox sevən türk vətəndaşı kimi, "Qarabağ"ı sevdiyimi, hətta ona tərəfdar olduğumu deyərəm. "Qalatasaray"ın Avropada, xaricdə tərəfdarı nə qədər çoxdursa, eyni şəkildə "Qarabağ"ın da Türkiyədə kifayət qədər sevəni, izləyəni var. Qurban Qurbanov Türkiyədə bəyənilən, hər kəsin tanıdığı, bildiyi bir baş məşqçidir".
İdman jurnalisti deyir ki, buna baxmayaraq Qurban Qurbanovun Türkiyənin futbol azarkeşləri arasında o qədər də məşhurluğu yoxdur.
"Türkiyədə Azərbaycan liqası çox da izlənilmir. Qurban Qurbanovun "Qarabağ" klubu ilə bağlı uğurunun ayrı yeri var. Lakin Türkiyə vətəndaşlarına soruşsanız, çox tanıyan çıxmaz. Hazırda "Beşiktaş"ın yeni baş məşqçisinin vəzifəsindən ayrılma ehtimalı da çox aşağıdır. Onun çox ciddi müqaviləsinin olduğu söylənilir. Özünün şəxsən istefa edəcəyi halda 50 milyon təzminat verməklə bağlı maddə qoydurduğu, buna görə də istefa etməyəcəyi deyilir. Eyni zamanda "Beşiktaş"ın onu göndərmək üçün böyük məbləğdə təzminat ödəməli olduğu, lakin bunu ödəyə billməyəcəyi də səsləndirilən fikirlər arasındadır. Hazırda "Beşiktaş" liqadakı pozisiyasından məmnun deyil. Nəticələrə görə baş məşqçi tənqid olunur. Buna baxmayaraq, Baş məşqçinin gödərilməsi hazırkı situasiyada asan deyil. Ona görə də Qurban Qurbanov da daxil olmaqla bir çox adlar çəkilir, amma nəsə demək hazırda mümkün deyil. Artıq 8 həftə qalıb. "Beşiktaş" liqanı yaxşı pozisiyada bitirmək,eləcə də Avropa Kuboklarında iştirak etmək istəyir. Avropa kuboklarını hədəfləyən komanda da Baş məşqçi dəyişikliyinin müzakirəsi düzgün sayılmır. Komandanın diqqətinin pozula biləcəyindən qorxurlar. Bu fikirlər hazırda dediqodu kimi dəyərləndirilə bilər. Ciddi bir vəziyyət olduğu barəsində heç kəs fikirləşmir”.
Necati Şatana bir müddət əvvəl “Qarabağ”ın “Bayer”lə qarşılaşmada sərgilədiyi oyundan da danışıb:
“İlk növbədə "Bayer"dən danışmaq lazımdır. "Bayer" hazırda Almaniya liqasında dominantdır. "Bayer Munich" kimi komandanı belə xal fərqində geridə qoyur. Belə olan halda "Qarabağ"ın bu komanda ilə təbətək mübarizəsi təqdirəlayiqdir. Həqiqətən də, qılpayı mübarizəni dayandırmalı oldu. "Qalatasaray" "Bayern Munich"lə oynayanda da belə bir mübarizə aparırdı. Amma "Bayer 04" Almaniyanın ən güclü futbol oyanayan komandasıdır. "Qarabağ"ın oyununu və Baş məşqçimizin (Qurban Qurbanov-red) taktikasını çox bəyəndik. Məncə "Qarabağ" kimi komandalların sayı Azərbaycanda artmalıdır. Bu iş tək "Qarabağ"la olmaz. Liqada "Qarabağ"ın rəqabət edə biləcəyi komandaların artması onun işini asanlaşdırar. Təəssüf ki, Azərbaycan liqasında "Qarabağ"ın çox da rəqibi olmadığı görülür. "Bayer Levarkruzen"lə oyunu yüksək qiymətləndirdik. O oyunu böyük qələbə kimi dəyərləndirmək lazımdır. Ürəyimiz hər zaman "Qarabağ"ladır”.