Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün İlaxır çərşənbədir


Bu gün Azərbaycanda İlaxır çərşənbəsi qeyd olunur. Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsi, həmçinin “Yer çərşənbəsi” kimi də tanınır. Xalqımız bu günü xüsusi təntənə ilə qeyd edir. Üzərlik yandırılır, tonqallar alovlanır, qulaq falları qurulur. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i ölkədə Novruz bayramı qeyd olunur. Region TV ailəsi olaraq, biz də, bütün və bütöv Azərbaycanımızın qalib xalqını səmimi qəlbdən təbrik edir, hər birinizə bol ruzi, əminamanlıq və sülh arzulayırıq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də