İkinci Qarabağ müharibəsi zamanı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Pensiyaçı bu dəfə Şəkinin “Şəki City” klubunun başlatdığı yardım kampaniyasına qoşulub və pensiyasından 200 manat vəsaiti kluba bağışlayıb.
Bildirilib ki, kampaniyada toplanan vəsait komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.
Qeyd edək ki, Hikmət baba kimi tanınan Hikmət Musayev Vətən müharibəsi zamanı atdığı addımla böyük rəğbət qazanmışdı. Daha sonra dövlət qurumlarının əməkdaşları onun evində olmuş, eləcə də Şuşaya səfəri təşkil edilmişdi.