Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər Xankəndini tərk edir - FOTO

RegionTV.info 
Xankəndidə yaşayan ermənilər yaşadıqları evləri ucuz qiymətə sataraq regionu tərk edirlər.
Bu barədə Ermənistanın əmlak satışı saytlarında bir çox elan yerləşdirilib.
Məsələn, Xankəndidə yerləşən ikimərtəbəli ev, qaraj və meyvə ağacları olan həyətyanı sahə ilə birlikdə cəmi 30 min ABŞ dollarına Arsen adlı şəxs tərəfindən satışa çıxarılıb. 190 kvadrat metr ərazidə yerləşən ev səkkiz otaqlıdır.
Daha bir ev Aleksandr adlı şəxs tərəfindən 35 min dollara satışa çıxarılıb.
Burada ikiotaqlı mənzil həyətyanı sahə ilə birlikdə satılır. 1 111 kvadrat metrlik ərazidə həmçinin üç maşınlıq qaraj yerləşir. Evin ideal vəziyyətdə olduğu qeyd olunur.
Elan saytlarında həmçinin 17 min dollara 180 kvadrat metr sahəsi olan ev həyətyanı sahə ilə birlikdə satılır. Bəzi elanlarda hətta tam təmirli mənzillər bütün əşyaları və avadanlıqları ilə birlikdə satılır. 






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də