Gürcüstanda ən məşhur avtomobil rənginin hansı olduğu məlum olub.
Bu barədə ölkənin Milli Statistika Xidmətinin məlumatları dərc olunub.
Məlumata görə, bu, boz rəngdir. Boz rəngdə olan avtomobillər 28% təşkil edir.
Say etibarilə göstəricilər aşağıdakı kimidir:
boz - 438 780 avtomobil;
ağ - 366 063;
qara - 228 876;
mavi - 214 895;
qırmızı - 130 351;
yaşıl - 102 334;
sarı - 63 947;
qalanları - 102 373.
Qeyd olunub ki, Gürcüstanda ümumilikdə 1 563 165 avtomobil var.