Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO




Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana səs tellərindən istifadə etmədən danışmağa imkan verir.

Bu barədə "Nature Communications" elmi jurnalında dərc olunan məqalədə xəbər verilib.

Bildirilib ki, cihazın işləməsi üçün batareya və ya elektrik bağlantısı tələb olunmur. O, elastik silikon materiala daxil edilmiş miniatür maqnitlərdən ibarətdir və funksional olaraq, insanın səslərin tələffüzü ilə əlaqəli boğaz əzələlərinin hərəkətlərini tanıya bilir. Bu əzələ hərəkətləri onun işləməsi üçün zəruri olan elektrik enerjisini istehsal etmək üçün də istifadə olunur.
 

Alimlərin sözlərinə görə, cihaz müxtəlif səbəblərdən səs telləri zədələnən insanlara kömək edə bilər.

Qeyd edək ki, cihazın praktiki nümayişi zamanı nitq problemi olmayan səkkiz nəfər sınaqlara cəlb olunub. Alqoritm cihazın elektrik impulslarını 95% dəqiqliklə nitqə çevirə bilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də