Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni kilsəsi yalnız nifrət çağırışları ilə çıxış edir - Şeyx

Erməni kilsəsi yalnız nifrət çağırışları ilə çıxış edir - Şeyx


Martın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. Görüşdə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub və gələcək fəaliyyət perspektivləri müzakirə olunub.

Bu barədə  QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şeyxülislam A. Paşazadə Migel Anxel Moratinosun təmsil etdiyi qurumun dünyada dinlərarası dialoq prosesinə real töhfələrini yüksək dəyərləndirib. Dini lider BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin sivilizasiyalararası əməkdaşlıq işinə səy və əməlləri ilə mühüm dəstək verən Azərbaycan dövlətinin təşəbbüslərinə dəstək verməsini, ölkəmizin evsahibliyi etdiyi tədbirlərdə yaxından, fəal iştirakını xüsusi qiymətləndirib. QMİ sədri vurğulayıb ki, M.A.Moratinosun qarşıdakı mühüm əhəmiyyətli qlobal tədbir — VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının mədəniyyətlər və dinlərarası dialoq işinə böyük töhfə verəciyinə əmindir. Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayan Şeyxülislam A. Paşazadə Ali nümayəndənin bu sahədə fəal səylərini xüsusi xüsusi qeyd edib.

Moratinos Şeyxülislam A.Paşazadə ilə dünyanın bir çox ölkələrində aparıcı dinlərarası platformalar çərçivəsində görüş və əməkdaşlıq nümunələrini məmnunluqla xatırladaraq, Alyans xəttilə qarşıdakı tədbirlər barədə məlumat verib və bu bu tədbirlərdə Şeyxülislam A. Paşazadənin iştirakının arzuolunan olduğunu qeyd edib.

O, həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub. Şeyxülislam A.Paşazadə təəssüflə qeyd edib ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, dini liderə uyğun olmayan tərzdə nifrət çağırışları ilə çıxış edir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də