Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar və ya 0,74 faiz azalaraq 87,74 dollar olub.
Dünya birjalarında digər neft markaları da ucuzlaşıb.
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,08 dollar azalaraq 85,34 dollar olub. Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar azalaraq 81,04 dollar təşkil edib.