Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI


Abituriyentlərin ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başa çatıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) 15 mart saat 23:59-dək DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməli idilər.
DİM-in məlumatına görə, 110 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. daha dəqiqi məlumat tezliklə açıqlanacaq.
Ərizə qəbulu martın 1-dən başlamışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də