Bakıda keçirilən “Parçalanan dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun sonuncu günüdür.
Forumun son günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı dörd panel iclası keçirlir.
Qeyd edək ki, paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları da iştirak edir.