Moskva vaxtı ilə saat 16:10-a olan məlumata görə, Rusiyadakı prezident seçkilərində səsvermənin ilk günündə seçici fəallığı 23,96% təşkil edib.
Bbu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində təqdim olunan məlumatda deyilir.
Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi xəritəyə əsasən, hazırda ən yüksək fəallıq Çukotka, Yəhudi Muxtar Vilayətində qeydə alınıb.
Eyni zamanda, uzaqdan elektron səsvermə platformasında (DEG) qeydiyyatdan keçmiş rusiyalıların 50%-dən çoxu artıq səsvermədə iştirak edib.
Qeyd edək ki, Rusiyadakı prezident seçkiləri 15-17 mart tarixlərində davam edir.