Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimin jurnalisti tənqid etdiyi video narazılıq yaratdı - Prodüser cavab verdi

Müəllimin jurnalisti tənqid etdiyi video narazılıq yaratdı - Prodüser cavab verdi


İctimai TV-nin efirində yayımlanan "Gündəlik" serialında müəllim və jurnalist arasında yaşanan dialoq səhnəsinin kadrları sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Sözügedən kadrlarda müəllim şagirdlərin gözü önündə jurnalisti sərt şəkildə tənqid edir, onun bilik və bacarıqlarını sorğulayır. Bəzi jurnalistlər sosial media hesablarında bu peşənin haqsız qınandığını bildiriblər. 

 Müəlliflər isə deyirlər ki, “Gündəlik”də olan hekayələr bizə hər gün rastlaşdığımız, lakin bəzən görmək və qəbul etmək istəmədiyimiz həyat hadisələrindən bəhs edir.
"Bu serialda hər kəs özünü tanıyacaq", - layihə müəllifləri qeyd ediblər. 20 seriyadan ibarət olan bədii serialın 9 bölümü yayımlanıb. Ekran əsərində hadisələr “Maarif” adlı jurnalın əməkdaşlarının ətrafında cərəyan edir.

 Layihənin ideya müəllifi və rəhbəri Şakir Eminbəyli, ssenari müəllifi Tural Cəfərov (Qan Turalı), quruluşçu rejissoru Pərviz Həsənov, baş prodüseri Vüqar Əliyevdir.

 Məsələ ilə bağlı layihə müəlliflərinin fikrini öyrənməyə çalışıb. 

 Baş prodüser Vüqar Əliyev saytımıza açıqlamasında bildirib ki, serialın məqsədi bütün problemləri, savadsızlıqları işıqlandırmaq və insanlara əslinə belə olmamalı olduğunu çatdırmaqdır:

 "Şükür ki, ona nail oluruq. Layihə rəhbəri Şakir Eminbəylidir. Senari bizim komandamıza aiddir. Bütün maliyyə dəstəkləri, məsələlər Şakir Eminbəyli tərəfindən həyata keçirilir".

 O, layihənin Elm və Təhsil Nazirliyi ilə əlaqəsinin olmadığını və Nazirliyin sadəcə çəkilişlərin məktəbdə həyata keçirilməsinə icazə verdiyini vurğulayıb.

 Prodüserin sözlərinə görə, müzakirələrə səbəb olan səhnə serialın 1-cü bölümünə aiddir:

 "Lakin hər kəs bunu 9-cu seriyanın fraqmenti kimi bilir. Burada düzgün araşdırma olmadığı görünür. Bizim vermək istədiyimiz mesaj jurnalistin məsələləri daha dərindən araşdırması, düzgünlüyə xidmət etməsidir", - Vüqar Əliyev qeyd edib.

 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də