Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məişət texnikası istehsal edən şirkətlər Rusiyaya paralel idxalı əngəlləyib

Məişət texnikası istehsal edən şirkətlər Rusiyaya paralel idxalı əngəlləyib


"Electrolux", "Tefal", "Braun" və "Rowenta" brendləri öz avadanlıqlarının Rusiyaya paralel idxalını əngəlləyib.

Bu şirkətlər digər ölkələrdən olan tərəfdaşlarla elektronikanın Rusiyaya təkrar ixracına moratorium imzalayıblar.

 Məsələn, İsveçin "Electrolux Group" (məişət texnikası markaları "Electrolux", "Zanussi", AEG) artıq öz məhsullarının Rusiya Federasiyasına paralel idxalını məhdudlaşdırıb.

 "Groupe SEB" ("Tefal", "Braun", "Rowenta") də paralel idxal vasitəsilə tədarükləri izləməyə başlayıb.

 Nəşr yazıb ki, pərakəndə satıcılar brendlərin satışdan tamamilə çəkiləcəyini gözləyir və onların yerini Türkiyə və Çin mallarının alacağını proqnozlaşdırırlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də