Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıya qızıgilə qonaq gələn ana itkin düşdü - FOTO

Bakıya qızıgilə qonaq gələn ana itkin düşdü - FOTO


Bakıda 76 yaşlı qadın itkin düşüb.

 Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yaşayan qızının evinə qonaq gəlmiş Almaz Oruc qızı Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb.

 Yaxınları bildirib ki, Şəki rayonunda yaşayan A.Daşdəmirova Bakıya qızını və nəvəsini görməyə gəlibmiş. Onun yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub.

 Hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edilib. Hazırda Almaz Daşdəmirovanın tapılması istiqamətində iş davam etdirilir.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də