Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə idarə müdirindən – TƏQDİRƏ LAYİQ ADDIM


Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək , dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.

Hər bir Azərbaycanlı vətəninizin mülki əsgəridi. İstər birinci Qarabağ müharibəsi zamanı istərsədə 44 günlük müharibə zamanı ölkə vətəndaşları vətən yolunda əlindən gələni əsirgəmədi..

Vətən dedikdə Azərbaycanlılar üçün dəyişən yalnız zamandı. Bizim xalq qəhramanlarını heç zaman unutmur və daima onların xatirəsini əziz tutur..

Onlarda biridə Mingəçevirn İES-in rəhbəri Təhmasib Hüseynovdur . Belə ki, T. Hüseynov şəhərdə keçirilən xeyriyyə tədbirlərində daima öndə olubdu. Etdiyi bir yardımlar zamanı adının çəkilməsini istəməyən idarə rəhbəri haqqında maraqlı bir məqam haqqında redaksiyamıza məktub ünvanlanıbdı.

Məktubda bildirilir ki, Mingəçevir İstilik Elektrik Stnasiyasının rəhbəri Təhmasib Hüseynov öz şəxsi maddi vəsaiti hesabına şəhərin AzQres qədəbəsi Abdulla Şaid küçəsində birinci Qarabağ müharibəsi zamanı qəhrmancasına şəhid olmuş İsmayılov Yalçın Azad oğlunun xatirəsinin əziz tutaraq adına xatirə ehsab bulağı inşa etdirmişdi.

Bulağın açılışı zamanı T.Hüseynov Şəhid İsmayılov Yalçının keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.

Bizdə öz növbəmizdə Şəhidimizin xatirəsini əziz tutduğu üçün Təhməsib Hüseynova dərindən minnətdarlığımızı bildiririk.

Bu kimi şəxslər vətənə çox gərəkdi.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də