Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peyvənddən ölənlərə pul veriləcək? – TƏBİB adından yayılan məlumatı təkzib etmədi

Sosial şəbəkələrdə TƏBİB-in adından paylaşılan bir məlumat cəmiyyətdə böyük ajiotaj yaradıb. Belə ki, məlumatda koronavirusa qarşı tətbiq edilən peyvənddən sonra şəxsin əmək qabiliyyətini itirəcəyi təqdirdə maaşının 100 faizi qədər müvainət veriləcəyi qeyd edilib. Bundan başqa vaksinasiya edilən şəxs ölərsə bu məbləğ onun ailəsinə veriləcək deyə, bildirilib.


RegionTV.info  yayılmış informasiyanın dəqiqliyini öyrənmək məqsədilə TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan yayılan məlumatlarla bağlı hər hansı reaksiya almaq mümkün olmayıb:
"Bu məsələ ilə bağlı TƏBİB təkzib verməyəcək. Bununla bağlı lazımı qurumlar gərəkli açıqlama ilə çıxış edəcək", deyə TƏBİB rəsmisi qeyd edib. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də