Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabah Ələsgər Məmmədli və digərlərinin apellyasiya şikayətinə baxılacaq

Sabah Ələsgər Məmmədli və digərlərinin apellyasiya şikayətinə baxılacaq


Martın 15-də Bakı Apellyasiya Məhkəməsi “Toplum” TV-yə qarşı cinayət işi üzrə həbs edilənlərin şikayətlərinə baxacaq.

"Turan"ın məlumatına görə, saat 12:00-da “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin apellyasiyasına baxılacaq; saat 12:15- Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının rəhbəri Akif Qurbanov; saat 12:15-də Demokratik Təşəbbüslər İnstitutunun  əməkdaşı Əli Zeynal, saat 14:15-də III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətlinin işi məhkəməyə çıxarılacaq.

Sözügedən şəxslər martın 6-8-də "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıblar. Onlar 4 ay müddətinə həbs ediliblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də