Son günlər sosial mediada "Aztelekom" MMC haqda narazılıq və şikayət yönlü yazılar yer almaqdadır.
Belə şikayətlərdən biri də Ucar rayon sakinləri tərəfindən edilib.
Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, Ucar rayonu,Qarabörk kəndi ərazisində yaşayan sakinlər illərdir ki,bu qurumun yarıtmaz işi nəticəsində internetsiz qalıb.
Nəzərdə tutulmuş layihəyə əsasən rayonun Qarabörk kəndi də 2023-cü ilin dekabrın sonuna qədər yeni nəsil internet şəbəkəsi ilə təmin edilməli idi.
Lakin "Aztelekom" əməkdaşlarının yarıtmaz işlərinə görə bu iş hələ də uzanır.
2023-cü ildə söz verilən internet 2024-cü ilin martında hələ də verilməyib.
Dövlətdən milyonlar alan "Aztelekomun" kağızı yoxdur...
Dövlətdən dəstək alan qurumun müqavilə kağızının olmaması da gülünc doğurur.
Bununla bağlı saytına yerli vətəndaşlar məlumat verib. Kənd sakini K.C -nın sözlərinə görə yeni internet xəttinə qoşulmaq üçün "Aztelekom" MMC-nin Ucar rayon şöbəsinin əməkdaşlarına müraciət etsə də,aldığı cavabdan xeyli təəccüblənib.
Qurumun əməkdaşı deyib ki,hazırda bizdə kağız yoxdur,bu səbəbdən də müqavilə imzalaya bilməyəcəklər.
Problem bununla bitmir.
Mövzu ilə bağlı "Aztelekom" MMC-nin mətbuat xidmətinə sorğu ünvanlasaq da cavab verilmədi.
Sual budur: Bu qədər neqativ halların müşahidə olunduğu quruma layihələrin verilməsində kimin marağı var?
Oxu24.com növbəti yazıda "Aztelekom"-un bəzi əməkdaşlarının uyğun olmayan əməlləri barədə məlumatları təqdim edəcək.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Tural Pirverdiyevdir.