Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“RegionTV” “İnklüziv Təhsil Səfirləri” layihəsinə informasiya dəstəyi olacaq FOTO

 “RegionTV” media qurumu olaraq daha bir mühüm tədbirə informasiya dəstəyi olacaq.


“İnklüziv Təhsil Səfirləri” layihəsinin açılış mərasimi keçirilib


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”nin qalibi Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin “İnklüziv Təhsil Səfirləri” layihəsinin açılış mərasimi keçirilib. 


Açılış mərasimində layihə rəhbəri, “Gəncə Regional Qadın Mərkəzinin” sədri Məleykə Əlizadə və layihə koordinatoru,  Tural İsaqov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 


Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva və RegionTV-nin direktoru Elxan Əhmədov çıxış edərək inklüziv təhsilin vacibliyi haqqında fikirlərini səsləndiriblər və layihənin işində uğurlar arzulayıblar. 


Qeyd edək ki, layihənin əsas məqsədi inklüziv təhsil səfirləri vasitəsi ilə layihənin əhatə dairəsinə aid olan müəssisələrdə təhsilalanlar və təhsilverənlər arasında inklüziv təhsillə bağlı geniş maarifləndirmə işləri aparmaqdan ibarətdir. 


Layihə çərçivəsində Gəncə Dövlət Universitetində pedaqoji təhsil alan III və IV kurs tələbələri səfir kimi seçilərək onlar üçün xüsusi təlimlər keçiriləcək və mentorluq dəstəyi göstəriləcək. Proqramı uğurla başa vuran “İnklüziv Təhsil Səfirləri” Gəncə şəhərində fəaliyyət göstərən məktəblərdə pedaqoji heyət və şagirdlər üçün təlim keçəcəklər. Layihənin sonunda isə layihənin nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq və inklüziv təhsili təşfiq etmək məqsədi ilə Gəncə şəhərində “İnklüziv Təhsil Forumu” təşkil ediləcək. Layihə ümumilikdə yanvar – iyul aylarını əhatə edir.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də