Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Danimarka müdafiə xərclərini daha 5.4 milyard avro artırır

Danimarka müdafiə xərclərini daha 5.4 milyard avro artırır



Danimarka müdafiə xərclərini artırır.

Söhbət növbəti beş il ərzində 5,4 milyard avro məbləğində gedir.

Bunu NATO üzvü olan ölkənin silahlı qüvvələrini gücləndirmək planlarını təqdim edən baş nazir Mette Frederiksen deyib.

 "Biz Danimarkada silahlanırıq, ona görə yox ki, müharibə, dağıntı və ya iztirab istəyirik. Biz indi müharibədən qaçmaq üçün silahlanırıq - beynəlxalq nizamın şübhə altına alındığı bir dünyada", - Frederiksen bildirib.

 Sözügedən pul Danimarkanın növbəti 10 il ərzində müdafiəyə yatırdığı 20,8 milyard avroya əlavədir. Ölkə 1990-cı illərdə Soyuq Müharibə başa çatdıqdan sonra hərbi imkanlarını azaldıb və bu yaxınlarda milli müdafiə sistemində əhəmiyyətli zəifliklərin olduğunu etiraf edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də