Redaksiyamıza Cəlilabad Rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş Səyyar adlı şəxs təkrar müraciət edərək Cəlilabad Rayon Qarakazımlı Bələdiyyə sədri Alov İbrahimov ondan geyim məhsuları aldığını pulunu iki ilə yaxındır qaytarmadığını bildirərək şirkət etmişdir.
Müraciəti olduğu kimi təqdim edirik: demək olar ki, 2 ilə yaxındır Cəlilabad Rayon Qarakazımlı Kənd Bələdiyyə sədri həmçinin Dələli Kənd ümumi orta məktəbində müəllim işləyən Alov İbrahimova pal-palyar satmışam. Pulunu hələ də ala bilmirəm. Dəfələrlə Alov müəllimə müraciət etmişəm pulumu qaytarsın lakin Alov müəllim, dövlətə xidmət etdiyini, rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi olduğunu və bir neçə lazımsız bəhanələr gətirərək pulumu verməkdən boyun qaçırmışdır. Sizin vasitənizlə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilova müraciət etmək istəyirəm. Bildirmək istəyirəm ki, Alov İbrahimov mənə RİH -nin səlahiyyətli nümayəndəsi olduğunu bildirir. Bu səbəbdən pulumu verməkdən imtina edib. Rafiq müəllim, Alov İbrahimovun bacarığını yoxlamaq istəyirsinizsə səhər tezdən ona təxminən 10 baş qoyun verib sahəyə yola salın A. İbrahimov axşam gələndə qoyunların 8-ni itirib ikisini gətirəcək hələ buda sual altındadır?
Bəs siz 10 qoyunu saxlaya bilməyən şəxsə o, dövlətin o, boyda əhəmiyyətli qurumunda hansı səlahiyyətləri vermisiz?
Vermisiz yaxşı eləmisiz. Siz Alov İbrahimova səlahiyyət verəndə təlimatınızda sahibkara qarşı dələduzluq etmək olar deyə bir təlimat vermisiz?
İnanmıram siz belə bir tapşırıq verəsiniz. Elədirsə Alov İbrahimova bundan sonra lazımi tapşırıqlar verəcəyinizə, sahibkarlıq hüququmu qoruyacağınıza, Alov İbrahimovda olan 300 manat pulumun mənə qaytarılmasına köməklik edəcəyinizə inanıram və güvənirəm.
Redaksiya olaraq bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.