Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda konstitusiya islahatları konsepsiyası hazırdı

Ermənistanda konstitusiya islahatları konsepsiyası hazırdı


Ermənistanda konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırlanıb.

Bunu Ədliyyə Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

Nazirlik ölkənin əsas qanununun hansı maddələrinə yenidən baxılmasının nəzərdə tutulduğunu açıqlamayıb, lakin qeyd edib ki, konsepsiya layihəsində idarəetmə forması, prezidentin səlahiyyətlərinin əhatə dairəsi, 2-ci və 3-cü fəsillər arasında qarşılıqlı əlaqənin aradan qaldırılması, fundamental insan hüquqlarına aid fəsildə sosial, iqtisadi və mədəni hüquqların konsolidasiyası ilə bağlı müddəalar var.

Layihə həmçinin dövlət orqanlarının və xüsusən də muxtar strukturların yaradılmasını; bir sıra vəzifələr üçün rezidentura və vətəndaşlıq sinzi də tətbiq edilib. Sənəddə dövlət səlahiyyətlərinin özəl qurumlara verilməsini nəzərdə tutan müddəa da var.

Nazirlikdən bildirilib ki, konstitusiya islahatları komissiyasına hüquqşünas David Akopyan rəhbərlik edir. Komissiyanın tam tərkibi açıqlanmır.

Baş nazir Nikol Paşinyan yanvarın 19-da hökumətin iclaslarından birində yeni Konstitusiyaya ehtiyacdan danışıb. Onun sözlərinə görə, ölkəni “yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli” edəcək yeni fundamental qanuna ehtiyac var.

Fevralın 1-də İctimai Radioya müsahibəsində baş nazir faktiki olaraq açıq şəkildə bildirib ki, yeni Konstitusiyada 1990-cı ilin avqustunda qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, “Dağlıq Qarabağ”ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də