Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

O gün oldu... - FOTOlar




Martın 8-də Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə toy sədası ətrafa yayılıb.

İki gəncin ən xoş gününə yığışanlar üçün kənddə toy mağarı qurulub.

Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

Gəlinlə bəy "Vağzalı" sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi sükutla yad edilib.

Daha sonra toy şənliyi başlayıb.


Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də