Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Onlar Taxıl Dəhlizi Sazişini və Qara dənizdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bu barədə Türkiyə Prezidenti danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə strateji tərəfdaşlığın bir hissəsi olaraq Ukraynanı və onun ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək: "Biz onun bərpasına intensiv töhfə verməyə hazırıq. Həmçinin Qara dənizdəki təhlükəsizlik vəziyyətini və ehtiyacı olan ölkələrə milyonlarla ton taxıl çatdırmağa imkan verən taxıl sazişlərini müzakirə etdik".
Xəbəri paylaş