Ülkər Şahlar qızı Gidner,1980-ci il, Aprelin 12-də Şabran rayonunda dünyaya gəlib. Tibb texnikumunu bitirdikdən sonra ailə qurub, Amerikaya köçdüyü üçün o,təhsilini orada davam etdirib.Polis akademiyasına daxil olub və yüksək nəticələrlə ofisserlik qazanmışdır .O, dörd şeir kitabının və 1-Jurnal və bir neçə mahnının müəllifidir.Bundan əlavə olaraq ,Ülkər hər zaman öz həmvətənlərinə sevər.Bir çox ailələrə yardım edir,onların problemləri ilə maraqlanır.Ülkər xanım ,eyni zamanda online fəaliyyət göstərən "Ülkər" Tvnin rəhbəri,maliyyəçisidir.Qeyd edək ki,ikinci Qarabağ savaşı dönəmində kanalın əməkdaşları , bir çox şəhid və qazi ailələri ilə görüşmüş,mövcud durumu işıqlandırmışdılar .Ülkər,həmçinin online fəaliyyət göstərən -"Qarabağ " və "Ağdam"Tv nin də maliyyə dəstəkçisi olmuşdur.Ailəlidir,3 övladı var.İllərdir Amerikada yaşasa da,hələ də Azərbaycan vətəndaşıdır.Amerikada yaşayan məktəbli və gənclərə Azərbaycan mədəniyyəti və adət-ənənələrinin öyrənilməsi,milli-mənəvi dəyərlərin təbliğatında,Ülkərin böyük xidmətləri vardır.
Onun,bir neçə şeirini sizə təqdim edirik .
“Mən sənin məzarna gül gətirmişəm”
- Deyən şəhid Ana
Bayramın mübarək
8 martdi ay Ana
Şəhid oğlun bir cicək.
Sənin ətrin ay Ana,
Qoxlanır ləçək ləçək.
Xəyal edib övladın,
Oğulum deyib kövrəlir.
Görəndə dost-tanışin,
Ana qəlbi dincəlir.
Hopub evdə hər yana,
Oğlunun cənnət ətri.
Gözü intizar Ana,
Çəkir ürəkdə dərdi.
Bir gün tənhaliqda görəndə məni,
Uzaqdan baxaraq, bədbəxtdi demə.
Köçən Şəhidlərim ağladır məni,
Ürəyim sıxılır, batıram qəmə.
Mələklər göylərdə yazdı bəxtimi,
Açıldı üzümə qəmli sabahlar.
Göz yaşım yandırdı içdə qəlbimi,
Min dəfə köksümdən yüksəldi ahlar.
Hər Şəhid cənnətin bir çiçəyiydi
Vətənə zəfərdən toxum səpdilər.
Hər biri gülərüz bir mələyidi,
Bir anlıq dünyaya baxıb getdilər.
Çəkmişəm gözlərimə,
Nəqş etmişəm ürəyimə.
Rəngin dönüb şən nəğməmə,
Azərbaycan bayrağı!🇦🇿
Vətən mənə bir Anadır,
Hər qayası bir qaladır.
Ucalardan ən ucadır
Azərbaycan bayrağı!🇦🇿
Neçə iğid Şəhid oldu,
Tarix buna şahid oldu.
Nəşlərinə kəfən oldu,
Azərbaycan bayrağı!🇦🇿
Sən zəfərin müjdəsisən,
Arzuların istəyisən.
Zirvərələrin bəzəyisən,
Azərbaycan bayrağı!🇦🇿
Ürəyimiz sənə möhtac,
Başımızda qızıldan tac.
Sən olmusan dərdə əlac,
Azərbaycan bayrağı!🇦🇿
Olsam səndən xeyli uzaq,
Düşsəm səndən kənar, iraq.
Hər nəgmədən etdim soraq,
Azərbaycan bayrağı!🇦🇿
Bu dünyada qürurumsan,
Sən namusum, sən andımsan
Mənim eşqim, amalımsan,
Azərbaycan bayrağı!🇦🇿
Zirvələrdir sənin yerin,
Ucalardır sənin elin,
Bir qılıncıdır sənin əlin,
Azərbaycan bayrağı!
Ana Vətən
Salam zirvəli,dağlı,
Barlı-nemətli vətən.
Fırtınalı-ləpəli,
Dənizi nazlı vətən.
Qoynunda mən böyüdüm,
Yollarında izim var.
Buz yaylanda üşüdüm,
Aranında közüm var.
Könlüm gülüb həmişə,
Üzümdə bir təbəssüm.
Bayraq mənim günəşim,
Üstündə Ay-Ulduzum.
Mərd oğullar yetişdi,
Sinənə tarix yazdı.
Arzuların yetişdi,,
Yurdum bahardı, yazdı.
Ana vətən qoynunda,
Hər kəsə qol açmısan.
İnsanlığın yolunda,
Bir salnamə yazmısan.
Neçə Şəhidlərin var,
Hamısı da gülərüz.
Üzlərində bir nur var,
Gözlərindən güllər üz.
Sinəndə göz bağlayıb,
Yarana məlhəm olum..
Daşını qucaqlayıb,
Əyilməz heykəl olum.
Əyilib torpağına,
Hər qarışın öpəydim.
Sarılıb bayrağına,
Bu dünyanı gəzəydim.
Sənə yazdığım məktubları,
Heç bir kəsə sən oxuma.
Nakam ölüb getsəm əgər,
Oxumadan cırıb atma.
Gözlərimdən, gözlərinə,
Arzularım sənə baxar.
Oxuduqca sətirləri,
Xatirələr sənə axar.
Sətirlərdə əzik olsa,
Əllərinlə tumarlarsan.
Gözlərinə həsrət dolsa,
Yazıları qoxularsan.
Əgər qəlbin alışarsa,
Məhəbbətdən qar səpərsən.
Güc alarsan xatirədən,
Yanan eşqi söndürərsən.
Dəfn edərsən bu sevgini,
Yeddi rəngin ağ rəngiylə.
Yarı bölüb öz qəlbini,
Yaşat məni bir sevgiylə.