Almaniya polisi Berlin yaxınlığındakı Petershagendə yerləşən məktəb binasında silahlı şəxsi saxlayıb.
Bu barədə Welt yazır.
22 yaşlı gəncin bıçaq və tapança ilə silahlandığı bildirilir. Ola bilsin ki, o, tələbələrə hücum hazırlayırmış.
Həbs zamanı o, müqavimət göstərib.
Nəşr bildirir ki, işçilər yüngül xəsarət alıb.