
İraqın şimalında və Suriyanın şimalında olmaqla ümumilikdə 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalında 6, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində 7 olmaqla ümumilikdə 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Açıqlamada, “Terrorçuların onları gözləyən sondan xilas yolu yoxdur” ,deyə qeyd edilib.