Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski Türkiyədən silah istəyir



Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Türkiyəyə səfəri zamanı silah istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

 "Səfər zamanı müdafiə-sənaye sahəsində birgə layihələrə xüsusi diqqət yetiriləcək.

Vladimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikildiyi gəmiqayırma zavodlarına baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək", - deyə məlumatda bildirilir. 

 Martın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bəyan edib ki, Zelenskinin səfəri zamanı “Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi, taxıl dəhlizi üzrə sazişin icrasının davam etdirilməsi mövzusunda təmaslarla bağlı son vəziyyət olacaq. Münaqişənin həlli yolları və “regionda davamlı sülhə” gətirib çıxara biləcək həll yolları barədə fikir mübadiləsi də planlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də