Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yupiterdə 1 milyon insanı təmin edəcək oksigen yaranır




NASA-nın reaktiv laboratoriyası Yupiterin 95 peykindən birində - Avropa adlandırılan peykdə hər gün min tona qədər oksigen əmələ gəldiyini müəyyən edib.

Yupiterin ən yaxın altıncı peyki olan Avropa Aydan bir qədər kiçikdir. Yer kimi, onun da qayalı mantiyaya və sərt nüvəyə malik olduğu ehtimal edilir. Alimlərin apardıqları hesablamalar peykin saniyədə təxminən 12 kiloqrama yaxın oksigen istehsal etdiyini göstərir.

 Bu mməlumatlar 2022-ci ildə NASA-nın “Yuno” kosmik zondu tərəfindən toplanıb. Təşkilatın Yuno missiyası qaz nəhəngləri arasında ən yaxşı nümunə olan Yupiterin tarixini öyrənərək onun peyklərinin yaranma mərhələlərini anlamağa çalışacaq.

 

NASA Yupiterin sözü gedən peykində ətraflı kəşfiyyat işləri aparmaq və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək üçün 2024-cü il oktyabrın 10-da “Avropa Clipper” missiyasına başlamağı planlaşdırır. Alimlər Avropa peykinin Yerdən kənarda həyat üçün uyğun mühitləri tapmaqda ən perspektivli yer ola biləcəyini ehtimal edirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də