Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlarda tənəffüs yolları allergiyalarına da rast gəlinir - Səhiyyə Nazirliyi

Uşaqlarda tənəffüs yolları allergiyalarına da rast gəlinir - Səhiyyə Nazirliyi


Yaz aylarında əsas allergiya yaradan səbəb polenlər, yəni bitki tozcuqlarıdır. Bunlar bitkilərin tozlama dövründə istirak edən kicik hissəciklərdir.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun allerqoloqu Çinarə Novruzova açıqlayıb.

 Onun sözlərinə görə, allergik reaksiya yaradan polenlər küləklə tozlanmada iştirak edən bitkilərin polenləridir:

 “Küləklə tozlanmada iştirak edən hissəciklər bu müddət ərzində yəni mart, aprel və may ayları boyu havada aktiv hərəkət edir. Bitkilər ücün nə qədər də faydalı olsa bu hissəciklər atipik şəxslər üçün allergik reaksiyaları aktivləşdirən allergen rolunu oynayır. Qidaların bitki tozcuqlarıyla verdiyi çarpaz reaksiyalarada, bitkilərin tozlanma dövrü olmadıqda belə polen reaksiyası insanlarda müşahidə oluna bilir. Belə ki, allergik şəxs çarpaz reaksiya yarada bilən qidanı qəbul etdikdə (məsələn alma, armud, şabalıd, banan və.s ) onda yerli oral allergik sindrom izlənir. Atopik səxsin ağız nahiyyəsində qıcılanma, qaşınma, səpgi, şişkinlik yaranır. Eyni zamanda, digər allergik reaksiyalar da izlənə bilər. Məsələn, allergik astma, allergik rinit və.s. Allergik oral sindrom şikayətləri allergik reaksiya yaradan qidaları bişmiş qəbul etdikdə ya yaranmır və ya şiddətli olmur”.

 Ç. Novruzova qeyd edib ki, bu allergik reaksiyalar toplusu polinoz adlanır:

 “Polen reaksiyaları lokalizasiya nahiyyəsindən asılı olaraq müxtəlif cür təzahür edir. Əgər reaksiya üst tənəffüs yollarına lokalizasiya edirsə Allergik rinit, gözlərə lokalizasiya edirsə Allergik konyuktivit, bronxlara lokalizasiya edirsə Allergik astma adlanır. Bu xəstəliklər hər biri özünə məxsus klinik simptomlarla müşahidə olunur. Allergik rinitdə xəstələrdə burun tutqunluğu, burundan şəffaf axıntının gəlməsi, tez tez asqırma şikayətləri olur. Allergik konyuktivitdən əziyyət çəkən xəstələr yaz aylarında bitkilərin tozlama dövrü başa çatana qədər gözlərdə yaşarma, qızarma, gözlərdə şişkinlik şikayətlərindən əziyyət çəkir. Bronxial astma xəstələrində isə tutma şəkilli öskürək, boğulma, tənginəfəslik şikayətləri olur”.

 Allerqoloq bildirib ki, yenidoğulmuşlarda həyatlarının ilk ili olduğu ücün, polenlərə ilk dəfə məruz qaldıqları, bədəndə hələ sensiblizasiya prosesi getdiyi ücün polen reaksiyası müşahidə edilmir və növbəti illərdə artıq polen reaksiyalararını izləyə bilərik.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də