Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətən müharibəsi qazilərinin universitetlərə qəbulu üçün güzəştlər olunacaq

Vətən müharibəsi qazilərinin universitetlərə qəbulu üçün güzəştlər olunacaq


Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

O, komitənin bugünkü iclasında bildirib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çoxu gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdi:

 “Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var. Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qrupların təşkilinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də