Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şadlıq evlərinə zənglər artıb - Bu tarixdən toylara icazə veriləcəyi gözlənilir - VİDEO

RegionTV.info 
Kütləvi peyvəndləmənin aparılacağı xəbəri toy sektorunda canlanmaya səbəb olub.
Toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir.
Yəni toy sahibləri ən azından mart ayından etibarən toylara icazənin veriləcəyinə böyük ümid bəsləyirlər. Buna görə də, yer tapmaq üçün indidən növbəyə yazılırlar.
Toyun qiymətlərinə gəldikdə isə, sahibkar Mahir Zeynalov deyir ki, bu, operativ qərargahın qərarından asılı olacaq. Yəni, əgər toyda iştirak edəcək şəxslərin sayında ciddi azalmalar olarsa, qiymətlərin qalxması qaçılmazdır.
Şadlıq evi işlədən şəxslər onu da bildirdilər ki, artıq yay aylarından etibarən aidiyyatı qurumların nümayəndələri gələrək, obyektin insan tutumu ilə bağlı məlumat toplayıblar. Toyda iştirak edəcək qonaqların say məhdudiyyətinin həmin məlumatlar əsasında aparılacağı deyilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də