Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Seymur Orucovla bağlı ittiham səsləndirənlərin yanaşmaları ümimi ictimai fikiri ifadə etmir

Təqribən beş-altı gündür ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurması məsələsi, ölkə gündəmində müzakirə olunan məsələlərdəndir. Düzdür, bu mövzu bir çox media qurumlarında, sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. geniş müzakirələrə çıxarıldı və hər kəs bu məsələ ilə bağlı mövqeyini də ortaya qoydu. Aparılan müzakirələr zamanı elə şəxslər oldu ki, əvvəlki evliliyindən dörd övladı olan icra başçısı Seymur Orucovu atdığı addımına görə qınadı, elə şəxslər də oldu ki, onlar reallığı nəzərə aldılar və haqlı mövqelərini də ifadə etdilər. Müzakirələrin daha qəbul edilməz halı o oldu ki, ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarından birinin (müəyyən səbəblərdən ad çəkmirik) aparıcısı da, icra başçısının ikinci dəfə ailə həyatı qurmasına tam şəkildə haqq qazandırmadı, hətta Seymur Orucovu bəzi məsələlərlə bağlı məlumatsız olmaqda da qınadı. Amma, həmin aparıcı dərk etmək istəmir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rəhbər şəxsdir. O, 01 yanvar 2020-ci ilin məlumatına görə 88.379 nəfər sakinin yaşadığı bir rayona rəhbərlik edir və gündəlik bu rayonun sakinlərinə məxsus qayğı və problemlərin həlli ilə məşğul olur. Yəni, icra başçısı vəzifəsini daşıyan bu şəxsin hər günün iş saatlarında vaxtı necə ola bilər ki, o, gündəlik hər bir məlumat haqda ətraflı məlumatlar əldə etsin? Sual oluna bilər ki, o halda rayon və şəhər icra hakimiyyətlərində ştat cədvəli üzrə mətbuat və ictimaiyyətlə əlaqəli işləyən vəzifə sahibləri nəyə və kimə lazımdırlar? Axı, həmin ştatı Seymur Orucov deyil, məhz ölkəmizin rəsmi dövlət qurumu təsdiq edib. Belə olan halda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısını bu kimi məsələlərlə bağlı ittiham etmək olduqca yersiz yanaşmadır. Bəli, bir internet televiziyasına rəhbərlik etmək, təmirli və lazımi şəraiti olan studiyadan əsası oldu-olmadı hansısa ittihamı səsləndirmək olduqca asandır, amma 88.379 nəfərin olduğu bir rayona rəhbərlik etmək, sakinlərə məxsus problemlərin həlli ilə məşğul olmaq çətindir. Odur ki, bu yöndə də bir qədər fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir.

Digər tərəfdən, həmin internet televiziyasında qeyri hökumət təşkilatına rəhbərlik edən bir şəxsin fərdi yanaşmasını, fərdi düşüncəsini əsas götürmək, ondan təkrar-təkrar sitat gətirmək və s.-də heç bir məntiqə sığımır. Yəni, bir qeyri-hökumət təşkilatına rəhbərlik edən bir şəxsin yanaşması, heç vaxt ümimi ictimai fikiri ifadə edə bilməz. Dərk etmək lazımdır ki, Seymur Orucov 40 yaş həddinə çatmış bir şəxsdir və bu şəxsin də ailə həyatı qurmaq ixtiyarı var. Bundan əlavə, hansısa şəxsin başqa bir şəxsin şəxsi həyatına qarışması Qanunla qadağandır. Digər tərəfdən, istənilən şəxsin həyatında hansısa səbəblər üzündən problemlər yaşana bilər, eyni zamanda rəsmi qaydada nikahdan ayrılmalar da baş verə bilər. Yəni, bütün bunlar ailədaxili məsələlər olduğundan, bir kimsənin belə bir işlərə birbaşa müdaxilə etməsi heç cür yolverilməzdir. Təəssüflər olsun ki, bu kimi halların varlığını nəzərə almayanlar, bu gün də Seymur Orucovu atdığı addımına görə qınamaqda davam edirlər. Onu da qeyd etmək yerinə düşər ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısına qarşı bu cür ucuz, cılız, əsassız ittihamları irəli sürənlər, yəqin ki, yaxın vaxtlarda səhv etdiklərini, peşiman olduqlarını onların özləri də dərk edəcəklər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də