Avropanın Politico qəzeti yazır ki, Bundesverin yüksək rütbəli zabitləri arasında Krım körpüsünə zərbə endirmək planları ilə bağlı söhbətin səs yazısının sızması Rusiya Federasiyasının əleyhdarları arasında fikir ayrılığına səbəb oldu, Almaniya kansleri Olaf Şolsu gözdən saldı və Kiyevin əsas silahlar əldə etmək planlarını puça çıxardı. . Nəşr yazır: “Son bir neçə gündə Moskva öz düşmənləri arasında təfriqə salmağa, Almaniya kanslerini gözdən salmağa və Ukraynanın əsas silahları əldə etmək səylərinə əngəl törətməyə nail olub”.
"Almaniya ələk kimi sızır və onun əks-kəşfiyyat müdafiəsinin əsaslı təmirə ehtiyacı var",- deyə Politico qeyd edib.