
Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.
Əliyeva Yeganə Ağabala qızı Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin edilib. 1965-ci ildə Salyanda anadan olan Y.Əliyevə 35 ilə yaxındır ki xəstəxanada cərrah-həkim kimi fəaliyyət göstərib. Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Nurlan Hüseynov idi.