Rusiyanın Saratov vilayətində şir şəhər müəssisələrindən birinin ərazisində 14 yaşlı məktəbli qıza hücum edib.
Bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Şöbə izah etdi ki, yırtıcı Saratov müəssisəsində çəpərdə saxlanılıb. Azyaşlı qolundan xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlər ona lazımi köməklik göstəriblər.
Hadisədən sonra müstəntiqlər yoxlama təşkil ediblər. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir, Saratov İstintaq İdarəsi vurğulayıb.