Rusiyanın Samara vilayətinin Zvezda-Çapayevsk dəmir yolu hissəsində partlayış baş verib.
Bu barədə Bezençuk rayonunun yerli FHN növbətçi xidmətinin məlumatında deyilir.
Hələlik itkilər barədə məlumat verilmir.
Kuybışev Dəmir Yolu İdarəsi sözügedən hissədə qatarların hərəkətinin “səlahiyyətsiz şəxslərin dəmir yolu nəqliyyatının fəaliyyətinə qeyri-qanuni müdaxiləsi” səbəbindən dayandırıldığını bildirib.