Türkmənistanda innovativ nano-, bio- və informasiya texnologiyaları sahəsində məhsullar hazırlayacaq “Oğuz xan” elmi-texnoloji mərkəzi açacaq.
Bu barədə ölkə prezidenti Sərdar Berdiməhəmmədov müvafiq sərəncam imzalayıb.
Mərkəz Türkmənistanın Elmlər Akademiyasına bağlı olacaq.
Qurum, həmçinin kibertəhlükəsizlik və süni intellektlə də məşğul olacaq.