Prezident Administrasiyasının eks-rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.
Prezident Administrasiyasının sabiq rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.
Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyinə əsasən özəl təyyarə ilə İsrailə aparıblar.