Qobustan rayonunda Günel Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Mürsəl Cabbarov hadisədən sonra özünə də xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Xəbəri paylaş