Paşinyan: “Ermənilərin qarşısında yeganə yol qalıb: Heç nəyin qarşılığında torpaqları təhvil vermək”
Tarix: 15-01-2021, 01:07 Xəbərə baxış: 131
RegionTV.info
44 günlük müharibədə ermənilərin məğlubiyyətə uğramasının əsas səbəbləri nələrdir?
Emənistan Baş naziri Nikol Paşinyan bu gün rəsmi saytında dərc olunan məqaləsındə sözügedən suala cavab axtarıb.
Müəllif, məqaləsində danışıqlar prosesində Rusiyanın rolundan tutmuş, son müharibənin səbəbləri və bunun qarşısının alınmasının mümkün olub-olmasına qədər bir çox məsələlərlə bağlı fikirlərini açıqlayıb.
O bildirir ki, 1995-ci ildən 2018-ci ildə özü hakimiyyətə gələnə zamana qədər Qarabağ ətrafında aparılan danışıqların məntiqi Azərbaycan ərazilərinin təslim edilməsindən ibarət olub: “Azərbaycan tərəfindən heç bir güzəştdən söhbət getməyib, üstəlik, Bakı rəhbərliyi dəfələrlə bildirib ki, Azərbaycan ərazisindən kənarda Qarabağın hər hansı statusu ilə razılaşmayacaq”.
O, Dağlıq Qarabağda ermənilərin get-gedə ümidsiz vəziyyə düşməsinin 2014-cü ildən başlayaraq daha kəsin hal aldığını bildirib, bunun səbəbinin isə Rusiyanın beynəlxalq aləmdən təcrid olunması ilə əsaslandırıb. Baş nazirin fikrincə, 2014 – cü ildən ciddi geosiyasi problemlərlə üzləşən Rusiya əsas diqqətini Suriya, Krım, Donbassa ayırdı: “Rusiyanın bu qaynar nöqtələrdə məsuliyyətinin artdığı bir şəraitdə aydın oldu ki, Cənubi Qafqazı sabitləşdirən alətlərin yenidən gözdən keçirilməsinə ehtiyac var”, - yazan Paşinyanın sözlərinə görə, hazırda Rusiyanın təklifləri hazırlanır və orada 5+2 formatında rayonun qaytarılması, qaçqınların geri dönməsi və Rusiya sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulur. Paşinyan təəssüf edir ki, təkliflər paketində Dağlıq Qarabağın statusu məsələsinə isə ümumiyyətlə toxunulmur.
"Erməni tərəfinin 23 illik danışıqlar prosesində yeganə uğuru vaxt amili idi. Ondan öz xeyrimizə istifadə etmək mümkün olsaydı, o, əlbəttə ki, ciddi uğur qazanardıq. Lakin 2016-cı ilin aprel müharibəsi zamanı əsgərimiz 80-ci illərin silahı ilə vuruşurdu, vaxt qazanmaq imkanlarımız isə tükənmişdi. Üstəlik, getdikcə pisləşən beynəlxalq konyuktura şəraitində Rusiya da problemin həllində yer almaması, gecikmənin tərəfdarı olması ilə bağlı ittihamlardan bezməmişdi”, - yazan Baş nazirin fikrincə, beləcə Moskva erməniləri əvvəlki kimi dəstəkləməyib.
Baş nazir hesab edir ki, danışıqlar prosesi illəri ərzində Qarabağ tədricən ermənilərin nəzarətindən sıxışdırılıb çıxarılmışdı. Bütün beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyü dəstəklənirdi. Paşinyan hakimiyyətə gələndən sonra isə “Arsax Hakimiyyəti” məsələsini yenidən gündəmə gətirməyə çalışıb. O, həmçinin, danışıqları Ermənistan üçün zərərli olan və ərazilərin qaytarılması üçün primitiv məntiqdən çıxarmağa səy göstərib. Lakin sonradan məlum olub ki, 2016-cı ildə əldən qaçırılan qatarı dayandırmaq mümkün deyil.
"Çoxları indi deyirlər ki, bu qatarı rusiyapərəst addımlar və siyasətlər vasitəsilə dayandırmaq olardı və guya hökumətimiz bunun əksini edir. Amma reallıq tamamilə başqadır. Çoxları Suriyaya Ermənistan tərəfindən humanitar missiyanın göndərilməsi kimi mühüm hadisələri görmürlər", - deyə Baş nazir yazır. Onun məntiqinə belə çıxır ki, ermənilər Suriyaya humanitar yardım göndərdiyi üçün Rusiya da zəhmət çəkib Ermənistanı müdafiə etməlidir. Amma nədənsə bunu etmir.
Paşinyan məqaləsində “Bəs bu qatarı necə dayandırmaq olardı” sualını verir. Bu suala özünün cavabı isə erməniləri qəzəbləndirəcək şəkildədir: “Heç nəyin qarşılığında ərazilərin təhvil verilməsi”.
"İndi isə geriyə baxaraq Ermənistanda keçmişin indiki vəziyyətdən daha yaxşı olduğunu görə bilərik, ancaq 1997, 2004, 2011 və 2016-cı illərdə də beynəlxalq konyuktura eyni nəticəni ortaya çıxarırdı. Bu, 2020-ci ildə də belə idi. Amma biz özümüzü bu cür yanaşmanın düzgünlüyünə necə inandırardıq? Məğlub olaraqmı?”
Paşinyan Ermənistanın 2020-ci ilin iyun ayında baş verən Tovuz hücumundan düzgün nəticə çıxarmadığını da etiraf edib. Onun sözlərinə görə, Tovuz hücumundan yaşananların miqyası ilə Qarabağdakı son müharibə müqayisəedilməz olsa da, həmin vaxt hərbi əməliyyatlarda Azərbaycanın elit bölmələrinin, İsrailin pilotsuz uçuş aparatlarının iştirak etdiyini nəzərə almaq lazımdır.
“Ermənistan ordusu isə həmin döyüşlərdə nəinki Azərbaycana cavab verə bildi, hətta bilavasitə döyüş meydanında heç bir itkiyə məruz qalmadı – Azərbaycan ordusunun hücumu zamanı erməni hərbçilərinin hamısı arxa cəbhədə həlak olmuşdu”, - yazan Paşinyanın fikrincə, bununla belə, İyul hadisələri cəbhədəki vəziyyətin ermənilərin əleyhinə dəyişilməsinə yol açıb: “O mənada ki, Azərbaycan təkbaşına uğur qazanmayacağını anlayaraq, Türkiyə və Suriya yaraqlılarının cəlb olunması barədə qərar qəbul etdi. Birtərəfli güzəştlər barədə qərar qəbul etməli olduğumuz həlledici məqam məhz bu zaman ortaya çıxdı".
Mənbə: moderator.az