İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, rayonun Kürdmaşı kənd sakini, 1984-cü il təvəllüdlü Teyyubov Vüqar Zahir oğlu yaşadığı kənddə qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İt onun bədənini dişləyərək ağır xəsarətlər yetirib.
Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, ürək çatışmazlığı səbəbindən hadisə yerində keçinib.
Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
"APA"
Xəbəri paylaş