"Telegram" monetizasiya proqramını işə salır. Kanallardakı reklam postları ödəniş olaraq kanal sahiblərinə qaytarılacaq.
Bu barədə "Telegram"ın baş direktoru Pavel Durov açıqlama verib.
Kanal sahibləri üzvlərə göstərilən reklamlardan əldə etdikləri gəlirin 50 faizini ala biləcəklər. Reklam platforması tətbiqdəki pulsuz məzmunu gəlir fürsətinə çevirəcək.
Analitik hesabatlara görə, "Telegram"ın 800 milyondan çox istifadəçisi var.