Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alimlər tatuaj mürəkkəbinin tərkibində təhlükəli maddələr aşkarladı



Kimya üzrə dosent Con Svirkin rəhbərlik etdiyi Bingemton Universitetinin alimləri müəyyən ediblər ki, tatuaj mürəkkəblərinin 90%-də etiketdə qeyd olunmayan maddələr var. Onların bəziləri sağlamlıq üçün təhlükəli ola bilər.

Tədqiqatda kimyaçılar altı rəngdə 54 növ tatuaj mürəkkəbini təhlil edib, onların qeyd olunmuş və faktiki tərkiblərini müqayisə ediblər.

Bəzi boyalarda da propilen qlikol aşkar edilib ki, bu da orqanizmdə toplana, allergik reaksiyalara səbəb ola və irinli prosesin yaranmasına gətirib çıxarır.

Tədqiqatçılar ümid edirlər ki, onların kəşfi tatuaj mürəkkəblərinin markalanmasına nəzarəti yaxşılaşdıracaq və salonlarında göstərilən xidmətlərin keyfiyyətini artıracaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də